DSX Akademiyasının kursantını avtomobil vuraraq öldürüb

DSX Akademiyasının kursantını avtomobil vuraraq öldürüb Fevral ayının 13-də saat 19:30 radələrində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının 3-cü kurs kursantı Mahmudov Laçın Tərlan oğlu məzuniyyətdə olarkən Qəbələ rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində v
Hadisə
14 Fevral , 2023 00:36
DSX Akademiyasının kursantını avtomobil vuraraq öldürüb

Qəbələ rayonunun Uludaş kəndi ərazisində rayon sakini Ramiz Qəribov idarə etdiyi "QAZ-31" markalı avtomobillə yolu keçmək istəyən piyada 2003-cü il təvəllüdlü Laçın Tərlan oğlu Mahmudovu vurub. 20 yaşlı L. Mahmudov hadisə yerində keçinib.

"Report"un Şimal-qərb bürosuna DİN-nin Mətbuat Xidmətinin Şəki regional qrupunun Baş İnspektoru Mahir Məsimov bildirib ki, faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb və sürücü polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. 

Qeyd edək ki, qəza zamanı dünyasını dəyişən Laçın Mahmudov Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının kursantı olub.

00:20

Fevral ayının 13-də saat 19:30 radələrində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının 3-cü kurs kursantı Mahmudov Laçın Tərlan oğlu məzuniyyətdə olarkən Qəbələ rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edib.

“Report” xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti feysbukda məlumat yayıb.

"Dövlət Sərhəd Xidmətinin rəhbərliyi kursantın ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir", - paylaşımda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi