DYP Anım Günü ilə bağlı vətəndaşlara müraciət edib

DYP Anım Günü ilə bağlı vətəndaşlara müraciət edib Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) Anım Günü ilə bağlı vətəndaşlara müraciət edib.
Hadisə
26 Sentyabr , 2022 11:50
DYP Anım Günü ilə bağlı vətəndaşlara müraciət edib

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) Anım Günü ilə bağlı vətəndaşlara müraciət edib.

İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli “Report”un sorğusuna cavab olaraq bildirib ki, vətəndaşlarımız paytaxtın, xüsusilə II Fəxri və Şəhidlər xiyabanları və Dağüstü park istiqamətinə səfərlərin çox olacağını nəzərə alsınlar:

“Bildiyiniz kimi, hər il sentyabrın 27-də Vətən müharibəsi şəhidlərinin Anım Günü ölkəmizdə qeyd olunur. Şəhidlərimizi dərin minnətdarlıq hissi ilə anırıq!

Vətəndaşlarımızdan xahiş edirik ki, II Şəhidlər xiyabanı və Dağüstü park istiqamətinə gedərkən əsasən ictimai nəqliyyata üstünlük versinər. Hər iki istiqamət şəhərin mərkəzi küçələridir, parklama imkanları isə məhdud olduğu üçün sıxlığın yaşanması ehtimal olunur.

Xahiş edilir ki, ziyarətçilər əraziyə gedərkən şəxsi minik nəqliyyat vasitələrinə üstünlük verməsinlər. Sürücülər nəzərə alsınlar ki, buraya üz tutan insanların sayı çox olacaq. Əməkdaşlarımız səhərdən axşamadək, yəni ziyarət bitənədək ərazidə, yollarda hərəkətin tənzimləmək üçün lazımi tədbirləri görəcək”.

“Bir daha xahiş edirik ki, şəxsi avtomobillərə üstünlük verməyin. Ərazi şəxsi avtomobillərlə gəlmək üçün uyğun deyil. Burada nəqliyyat vasitələrini saxlama imkanları azdır. Ziyarətçilərin ictimai nəqliyyatdan istifadə etmələrini tövsiyə edirik”, - DYP rəsmisi vurğulayıb.

Son xəbərlər

Orphus sistemi