Paytaxt ərazisinə giriş-çıxışlarda, inzibati əraziyə düşən küçə və prospektlərdə stasionar və mobil postlar fəaliyyət göstərir.
Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi (DYP) İdarəsindən məlumat verilib.
Bildirilib ki, polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən naryad qrupları yaradılıb:
"Əsas məqsəd respublikada yayılmış koronavirus pandemiyasının yayılmasının qarşısının alınması və yeni yoluxma hallarının sayının minimuma endirilməsidir. Bu baxımdan da vətəndaşlarımızdan bir daha xahiş edirik ki, Nazirlər Kabineti yanında Operativ Qərərgahın müvafiq göstərişlərinin tələblərinə riayət etsinlər. Qaydalara əməl etməyənlər barəsində hüquqi qaydada inzibati məsuliyyət tədbiri həyata keçiriləcəkdir".