Ədliyyə Nazirliyi: 1,13 milyon manat məbləğində ziyan istintaqın gedişində ödətdirilib

Ədliyyə Nazirliyi: 1,13 milyon manat məbləğində ziyan istintaqın gedişində ödətdirilib Ədliyyə Nazirliyi tərəfindən  ədalət mühakiməsi əleyhinə, o cümlədən məhkəmə qərarlarının icra olunmaması və digər cinayətlərlə bağlı 241 iş üzrə ibtidai istintaq tamamlanıb.
Hadisə
29 İyul , 2020 20:35
Ədliyyə Nazirliyi: 1,13 milyon manat məbləğində ziyan istintaqın gedişində ödətdirilib
Report

Ədliyyə Nazirliyi tərəfindən ədalət mühakiməsi əleyhinə, o cümlədən məhkəmə qərarlarının icra olunmaması və digər cinayətlərlə bağlı 241 iş üzrə ibtidai istintaq tamamlanıb.

“Report” xəbər verir ki, bu barədə iyulun 29-da Ədliyyə Nazirliyində cari ildə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş videokonfrans formatında keçirilən kollegiya iclasında məlumat verilib.

Qeyd edilib ki, fiziki və hüquqi şəxslərə vurulmuş 1,13 milyon manat məbləğində ziyan istintaqın gedişində ödətdirilib.

Son xəbərlər

Orphus sistemi