Erməni silahlı birləşmələrinin 13 üzvünə hökm oxundu - YENİLƏNİB-3

Erməni silahlı birləşmələrinin 13 üzvünə hökm oxundu - YENİLƏNİB-3 Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında erməni terrorçu silahlı birləşmənin daha 13 üzvünün-Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepanyan David Stepanoviç, Tosunyan Levan Aşotoviç, Baqdasaryan Artur Eduardoviç, Avakyan S
Hadisə
22 İyul , 2021 18:16
Erməni silahlı birləşmələrinin 13 üzvünə hökm oxundu - YENİLƏNİB-3

Bakı Ağır Cinayətlər Məhkəməsində erməni terrorçu silahlı birləşmənin daha 13 üzvünün - Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepanyan David Stepanoviç, Tosunyan Levan Aşotoviç, Baqdasaryan Artur Eduardoviç, Avakyan Serop Surenoviç, Arutyunyan Varazdat Veryojeviç, Manukyan Jora Vanoeviç, Herabyan Hrayr Hraçoviç, Qosparyan Narek Aqaoviç, Kureqyan Qriqor Qaqiqoviç, Qevorkyan Aşot Artakoviç, Aqramanyan Martin Muşeğoviçin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

"Report"un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə baxılan iclasda hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxslərin hər biri 6 il azadlıqdan məhrum edilib.

Hökmə əsasən, təqsirləndirilən şəxslər cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək və cəzalarını çəkdikdən sonra Azərbaycan Respublikası hüdudlarından kənarlaşdırılacaqlar.

17:17

Bakı Ağır Cinayətlər Məhkəməsində erməni terrorçu silahlı birləşmənin daha 13 üzvünün - Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepanyan David Stepanoviç, Tosunyan Levan Aşotoviç, Baqdasaryan Artur Eduardoviç, Avakyan Serop Surenoviç, Arutyunyan Varazdat Veryojeviç, Manukyan Jora Vanoeviç, Herabyan Hrayr Hraçoviç, Qosparyan Narek Aqaoviç, Kureqyan Qriqor Qaqiqoviç, Qevorkyan Aşot Artakoviç, Aqramanyan Martin Muşeğoviçin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilir.

"Report"un xəbərinə görə, iclasda prokuror çıxış edərək, təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) maddələrin ittihamdan xaric edilməsini istəyib.

Prokuror təqsirləndirilən şəxslərin 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə azadlıqdan məhrum etmə növündə cəzalandırılmalarını istəyib.

Prokuror təklif edib ki, təqsirləndirilən şəxslərin hər biri 7 il azadlıqdan məhrum edilsin.

Dövlət ittihamçısı təqsirləndirilən şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini və cəzasını çəkdikdən sonra məcburi şəkildə Azərbaycan Respublikası hüdudlarından kənarlaşdırılmasını istəyib.
Daha sonra təqsirləndirilən şəxslərin vəkillərə söz verilib.

Vəkillər müdafiə etdikləri şəxslərin odlu silahdan istifadə etmədiyini və dövlət sərhədinin mühafizə olunan hissəsini keçmədiyini bildiriblər. Onlar təqsirləndirilən şəxslər barəsində bəraət hökmü çıxarılmasını istəyiblər.

Daha sonra təqsirləndirilən şəxslərə son söz veriıib. Onlar məhkəmədən barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Məhkəmə yekun qərar qəbul etmək üçün müşavirəyə gedib.

14:11

Bu gün erməni terrorçu silahlı birləşmənin daha 13 üzvünün - Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepanyan David Stepanoviç, Tosunyan Levan Aşotoviç, Baqdasaryan Artur Eduardoviç, Avakyan Serop Surenoviç, Arutyunyan Varazdat Veryojeviç, Manukyan Jora Vanoeviç, Herabyan Hrayr Hraçoviç, Qosparyan Narek Aqaoviç, Kureqyan Qriqor Qaqiqoviç, Qevorkyan Aşot Artakoviç, Aqramanyan Martin Muşeğoviçin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilir.

"Report"un xəbərinə görə, iclasa Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə baxılır.

Prosesdə cinayət işi üzrə sənədlərin tədqiqinə başlanılıb.

07:47

Bu gün erməni terrorçu silahlı birləşmənin daha 13 üzvünün - Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepanyan David Stepanoviç, Tosunyan Levan Aşotoviç, Baqdasaryan Artur Eduardoviç, Avakyan Serop Surenoviç, Arutyunyan Varazdat Veryojeviç, Manukyan Jora Vanoeviç, Herabyan Hrayr Hraçoviç, Qosparyan Narek Aqaoviç, Kureqyan Qriqor Qaqiqoviç, Qevorkyan Aşot Artakoviç, Aqramanyan Martin Muşeğoviçin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçiriləcək.

"Report"un xəbərinə görə, iclasa Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılov sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, istintaq nəticəsində müəyyən edilib ki, Ermənistan Respublikasının vətəndaşlarından ibarət bir qrup şəxs qanunsuz şəkildə odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr yaradıblar. Onlar 2020-ci ilin 26-27 noyabr tarixlərində Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar etmiş, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər.

Həmin silahlı dəstənin 14 nəfər üzvü barəsində cinayət işinin istintaqının yekunlaşdırılaraq təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilməsi barədə ictimaiyyətə daha əvvəl məlumat verilib.

Hazırda sadalanan faktlarla bağlı qanunsuz silahlı birləşmənin digər üzvlərinin - Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepanyan David Stepanoviç, Tosunyan Levan Aşotoviç və qeyrilərinin, ümumilikdə 13 təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunmalarına dair cinayət işinin istintaqı yekunlaşdırılaraq Azərbaycan Respublikasının Baş prokurorunun müavini tərəfindən təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.

Son xəbərlər

Orphus sistemi