FHN: Amfibiya tipli təyyarə İzmir-Urla istiqamətindəki meşə yanğını ilə mübarizəyə cəlb olunub

FHN: Amfibiya tipli təyyarə İzmir-Urla istiqamətindəki meşə yanğını ilə mübarizəyə cəlb olunub Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasındakı güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəs
Hadisə
6 Sentyabr , 2024 20:04
FHN: Amfibiya tipli təyyarə İzmir-Urla istiqamətindəki meşə yanğını ilə mübarizəyə cəlb olunub

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə səngiməyən güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.

Bu barədə "Report"a FHN-dən bildirilib.

Qeyd edilib ki, təyyarə bu gün İzmir-Urla istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub.

"Hazırda yanğınsöndürmə əməliyyatı davam etdirilir", - məlumatda vurğulanıb.

Son xəbərlər

Orphus sistemi