FHN: Badamdarda sürüşmə hadisəsi baş verib

FHN: Badamdarda sürüşmə hadisəsi baş verib Hadisə zamanı yaxınlıqdakı tikililərə ziyan dəyməyib
Hadisə
8 Mart , 2021 12:34
FHN: Badamdarda sürüşmə hadisəsi baş verib

Martın 8-i səhər saatlarında Bakı şəhəri, Səbail rayonu, Badamdar-20-ci sahə avtomobil yolunun üst hissəsində lokal torpaq axıntısı baş verib.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, hadisə zamanı yaxınlıqdakı tikililərə ziyan dəyməyib.

"Məlumat verildiyi kimi, Fövqəladə Hallar Nazirliyi tərəfindən yaponiyalı mütəxəssislərlə birgə işlənilmiş layihə əsasında hazırda torpaq axıntısı baş vermiş yamacın yuxarı hissəsində hər birinin diametri 3,5 metr, dərinliyi 30 metr olan 3 ədəd drenaj quyusu qazılmaqdadır. Həmin quyulardan birində artıq işlər yekunlaşıb, digər 2 quyuda isə işlərin yaxın zamanlarda tamamlanması nəzərdə tutulur. Bildiririk ki, drenaj quyularında işlər bitdikdən sonra ərazidən sürüşməyə səbəb olan qrunt suları tamamilə kənarlaşdırılacaq. Bundan sonra isə yamacda başlanılmış terraslaşdırma işləri davam etdiriləcək, avtomobil yolu boyu dəmir-beton istinad divarı inşa ediləcək. Bununla da ərazidə sürüşmə-uçqun proseslərinin qarşısı alınacaq. Bu gün baş vermiş lokal axıntı gözlənilən idi. Məhz bu səbəbdən əvvəlki sürüşmələr zamanı yola yığılmış torpağın sahədən operativ kənarlaşdırılması həyata keçirilmir.

Drenaj quyularının hər üçünün mümkün qədər qısa müddətdə istismara verilməsi üçün əraziyə kifayət qədər texnika və işçi qüvvəsi cəlb olunub və işlər qrafik üzrə davam etdirilir", - Mətbuat xidmətindən bildirilib.

Son xəbərlər

Orphus sistemi