FHN-in zabitinin minaya düşməsi ilə bağlı cinayət işi başlanılıb

FHN-in zabitinin minaya düşməsi ilə bağlı cinayət işi başlanılıb Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin zabiti, kapitan Heydərov Süleyman Vaqif oğlunun 2022-ci il mayın 13-də Ağdam rayonunun Abdınlı kəndi ərazisində mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə daxil olmuş
Hadisə
16 May , 2022 14:43
FHN-in zabitinin minaya düşməsi ilə bağlı cinayət işi başlanılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) zabitinin Ağdamda mina partlayışı nəticəsində xəsarətləri alması fakt üzrə rayon hərbi prokurorluğunda cinayət işi başlanılıb.

Bu barədə "Report"a Hərbi Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in zabiti, kapitan Heydərov Süleyman Vaqif oğlunun 2022-ci il mayın 13-də Ağdam rayonunun Abdınlı kəndi ərazisində mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə daxil olmuş məlumat əsasında Ağdam Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, izahatlar alınıb və digər hərəkətlər icra edilib.

Fakt üzrə Ağdam Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.12-ci (Milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.

Son xəbərlər

Orphus sistemi