FHN küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət etdi

FHN küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət etdi Fövqəladə Hallar Nazirliyi (FHN) ölkə ərazisində hökm sürən küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Hadisə
6 Aprel , 2021 12:05
FHN küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət etdi

Fövqəladə Hallar Nazirliyi (FHN) ölkə ərazisində hökm sürən küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

FHN-in Mətbuat xidmətindən "Report"a daxil olan müraciətdə deyilir:

"Məlum olduğu kimi, gecə saatlarından başlayaraq ölkə ərazisində güclü küləkli hava şəraiti müşahidə olunur. Hökm sürən hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, təhlükəsizlik naminə ciddi zərurət olmadan güclü küləkli havada bayıra çıxmamağı tövsiyə edir.

Bununla yanaşı, əgər güclü külək sizi küçədə haqlayıbsa, yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Bu zaman diqqətli hərəkət edərək yaxınlıqdakı binanın zirzəmisində və ya möhkəm tikilidə daldalanmağa çalışmaq lazımdır.

Həmçinin, güclü külək zamanı xüsusilə açıq hava şəraitində baş verən yanğınların söndürülməsinin mürəkkəbliyi nəzərə alınaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməsi tövsiyə olunur.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir! Təhlükə zamanı “112”-yə zəng edin!"

Son xəbərlər

Orphus sistemi