"Əsas tapşırıq Ağdamın Maqsudlu su kanalının sağ və sol tərəflərinin minalardan təmizlənməsidir".
Bunu "Report"a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təyinatlı bölüyünün komandiri Səbuhi Sarıyev deyib.
"Döyüş ərazisini, demək olar ki, təmizləmişik. Yəni bizə verilən tapşırığın 80 faizini yerinə yetirilmişik. Bundan sonra veriləcək tapşırığı da yerinə yetirməyə hazırıq. Əsas çətinlik kol-kos və su kanallarının minalardan təmizlənməsidir", - o vurğulayıb.