Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri və xüsusi xilasetmə qrupu Muğlanın Köyceyiz rayonundakı Çayhisar və Otmanlar kəndində başlayan meşə yanğınlarının söndürülməsi işlərinə davam edir.
"Report"un Türkiyə bürosu xəbər verir ki, yaşıllıq zolaqlarında davam edən yanğınların daha da yayılmasının qarşısının operativ sürətdə alınması məqsədilə FHN-ə məxsus texnikalar ərazidə xüsusi yaradılmış su çənləri və artezian quyuları vasitəsilə yanğın nöqtələrini söndürməkdədir.
Qeyd edək ki, FHN-in yanğınsöndürmə briqadaları və xüsusi xilasetmə qrupu alışma nöqtəsindəki yanğına xüsusi texnikalar, helikopterlər və canlı qüvvə ilə müdaxilə etməkdədir.