Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Bu barədə “Report”a FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan zənglər əsasında FHN-in aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 33 yanğına çıxış, 2 nəqliyyat qəzası və 2 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, ötən sutka ərzində 8 nəfər xilas edilib, 25 nəfər təhlükəsiz əraziyə təxliyə olunub, 1 nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.