“Biz bu uçqunu gözləyirdik”.
“Report” xəbər verir ki, bunu Badamdarda sürüşmə ərazisində olan Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov deyib.
FHN rəsmisi bildirib ki, sürüşmənin qarşısının alınması üçün ərazidə görülən işlər başa çatmadığı üçün hadisənin baş verməsi gözlənilən idi:
“Bildiyiniz kimi, axşam saatlarında Xəzər dənizində 4,5 bal gücündə zəlzələ baş verib. Bu, kifayət qədər güclü zəlzələ sayılır və sürüşmə zəlzələ ilə eyni vaxtda baş verib. Deməli zəlzələnin titrəməsi bu ərazidə sürüşməni daha da aktivləşdirib”.