FHN: Vulkanın dənizdəki neft-qaz infrastrukturu və insan həyatı üçün təhlükəsi yoxdur

FHN: Vulkanın dənizdəki neft-qaz infrastrukturu və insan həyatı üçün təhlükəsi yoxdur Bu gün səhər erkən saatlardan FHN-nin Aviasiya dəstəsinin helikopteri cəlb olunmaqla Xəzər dənizində kəşfiyyat uçuşlarına başlanılıb.
Hadisə
5 İyul , 2021 09:56
FHN: Vulkanın dənizdəki neft-qaz infrastrukturu və insan həyatı üçün təhlükəsi yoxdur
0 : 00
0 : 00

Bu gün səhər erkən saatlardan Nazirliyin Aviasiya dəstəsinin helikopteri cəlb olunmaqla Xəzər dənizində kəşfiyyat uçuşlarına başlanılıb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, uçuş zamanı dənizin Salyan rayonu istiqamətində sahildən, təqribən, 30 kilometr məsafədə Daşlı adasında, ilkin müşahidələrə əsasən, palçıq vulkanının püskürməsi faktı aşkar olunub. Hazırda vulkanın kraterində nisbətən kiçik alov müşahidə olunur.

"Vulkanın dənizdəki neft-qaz infrastrukturu və digər obyektlər, habelə insan həyatı üçün təhlükəsi yoxdur", - nazirlikdən bildirilib.

Son xəbərlər

Orphus sistemi