Gədəbəydə 17 sürücü barəsində inzibati protokollar tərtib olunub

Gədəbəydə 17 sürücü barəsində inzibati protokollar tərtib olunub Gədəbəy Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları rayonun küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə əlaqədar tədbirləri davam etdirir.
Hadisə
22 Avqust , 2021 11:28
Gədəbəydə 17 sürücü barəsində inzibati protokollar tərtib olunub

Gədəbəy Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları rayonun küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə əlaqədar tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Report”a verilən məlumata görə, rayonun müxtəlif yerlərində dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə yol polisi əməkdaşları maarifləndirici söhbətlər aparıb.

Dayanma-durma qaydalarını kobud şəkildə pozan 17 sürücü barəsində inzibati protokollar tərtib olunub.

Son xəbərlər

Orphus sistemi