Gədəbəydə avtomobillər toqquşub, 11 nəfər xəsarət alıb

Gədəbəydə avtomobillər toqquşub, 11 nəfər xəsarət alıb Gədəbəy rayon ərazisində ağır yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.
Hadisə
22 İyun , 2023 23:28
Gədəbəydə avtomobillər toqquşub, 11 nəfər xəsarət alıb

Gədəbəy rayonunda ağır yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.

"Report"un Qərb bürosunun məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 11 nəfər - Alıyeva Hüsniyə İsrail qızı (1981-ci il təvəllüdlü), Məmmədov İlham Qəşəm oğlu (1966), Alıyeva Aysun Elvin qızı (2012), Alıyev Elvin İsrail oğlu (1989), Rəhimova Aytac Qoşqar qızı (2018), Alıyev Yusif Elvin oğlu (2014), Məmmədzadə Yasin İlham oğlu (1993), Rəhimov Eltac Qoşqar oğlu (2021), Məmmədova Nuranə Sübhan qızı (1994), Məmmədov Məzahir Elçin oğlu (2017), Məmmədova Mələk Elçin qızı (2015) xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onların bəzilərinin vəziyyəti kafi və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi