Gədəbəydə Ermənistanla həmsərhəd ərazidə yanğın zamanı mina partlayıb

Gədəbəydə Ermənistanla həmsərhəd ərazidə yanğın zamanı mina partlayıb Ermənistanla Azərbaycanın Gədəbəy rayonu ilə həmsərhəd olan ərazidə yanğın hələ də davam edir.
Hadisə
13 Noyabr , 2023 19:35
Gədəbəydə Ermənistanla həmsərhəd ərazidə yanğın zamanı mina partlayıb

Azərbaycanın Ermənistanla sərhəddə yerləşən Gədəbəy rayonu, Novoivanovka kəndinə yaxın ərazidə baş verən yanğın zamanı mina partlayıb.

"Report"un Qərb bürosunun məlumatına görə, yanğın hələ də davam edir.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Gədəbəy rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları, canlı qüvvəsi və digər qurumların əməkdaşları cəlb olunub.

Yanğın həmsərhəd ərazidə baş verdiyindən, həmçinin mina təhlükəsi nəzərə alınaraq yanğına tam müdaxilə etmək hələlik mümkün olmayıb. Amma alovun Novoivanovka kənd ərazisinə keçməməsi və təhlükənin artmaması üçün tədbirlər görülür.

Son xəbərlər

Orphus sistemi