Gədəbəyin Novasaratovka kəndində fərdi evdə yanğın olub, 2 qadın tüstüdən zəhərlənib.
"Report"un Qərb bürosunun məlumatına görə, vətəndaşa məxsus fərdi evdə baş vermiş yanğın zamanı 2002-ci il təvəllüdlü Pəri Qarayeva və qardaşının həyat yoldaşı Nailə Qarayeva tüstüdən zəhərlənib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gədəbəy rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən briqadası cəlb olunub və yanğın söndürülüb.
Zərərçəkənlər xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.