Gədəbəydə qadına qarşı zorakılıq göstərən şəxs saxlanılıb

Gədəbəydə qadına qarşı zorakılıq göstərən şəxs saxlanılıb Gədəbəydə yaşlı qadına qarşı zorakılıq göstərən şəxs saxlanılıb.
Hadisə
3 İyun , 2021 16:09
Gədəbəydə qadına qarşı zorakılıq göstərən şəxs saxlanılıb
Səkinə Həsənova

Gədəbəydə yaşlı qadına qarşı zorakılıq göstərən şəxs saxlanılıb.

"Report"un Qərb Mərkəzinin xəbərinə görə, Gədəbəyin İvanovka kəndində yaşayan, 1934-cü il təvəllüdlü Səkinə Həsənovanın tövlədə bağlanılaraq saxlanılması barədə sosial şəbəkələrdə görüntülər yayıldıqdan sonra Gədəbəy Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları dərhal həmin kəndə gələrək qadını kənd ərazisində gəzərkən aşkarlayıb, onun əqli və fiziki sağlamlığının yerində olmamasını müəyyən etdikdən sonra aidiyyəti qurumlara məlumat verib.

Bildirilib ki, Səkinə Həsənova Göygöl rayonunda yerləşən 3 saylı psixo-nevroloji mərkəzinə yerləşdirilib.

Daha sonra qadının bağlanılması və zaman-zaman döyülməsi ilə bağlı RPŞ-də cinayət işi başlanılaraq istintaq-əməliyyat tədbirləri həyata keçirilib. Keçirilən tədbirlər nəticəsində Səkinə Həsənovanı tövləyə bağlamaqda şübhəli bilinən qohumu 1947-ci il təvəllüdlü Qəzənfər Hacıyev barəsində Cinayət Məcəlləsinin 145-ci (Qanunsuz azadlıq məhrum etmə) maddəsi ilə cinayət işi başlanılaraq rayon prokurorluğuna göndərilib.

Faktla bağlı Gədəbəy Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi