Bakıda gənc aktrisa Lalə Süleymanova taksidə seksual qısnamaya məruz qalıb.
“Report”un məlumatına görə, aktrisa “Bolt” taksi şirkətinin sürücüsünün ona qarşı əxlaqsız qısnama etdiyini iddia edib.
“Sürücü tərəfindən seksual qısnamaya məruz qalmışam. Artıq qorxumdan pəncərəni açmışdım ki, nə isə olsa çığırım...Polisə şikayət etdim, sabah ərizə yazmağa gedəcəm”, - aktrisa qeyd edib.