Gəncə şəhərində və ətraf rayonlarda güclü külək əsir, fəsadlar var

Gəncə şəhərində və ətraf rayonlarda güclü külək əsir, fəsadlar var Gəncə şəhərində və ətraf rayonlarda güclü külək əsir, bir sıra fəsadlar yaranıb.
Hadisə
17 Noyabr , 2023 04:48
Gəncə şəhərində və ətraf rayonlarda güclü külək əsir, fəsadlar var

Gəncə şəhərində və ətraf rayonlarda güclü külək əsir, bir sıra fəsadlar yaranıb.

"Report"un Qərb bürosunun məlumatına görə, gecə saatlarından başlayaraq əsən güclü külək bölgədə bəzi fəsadlar törədib.

Bir neçə ağac aşıb, iri budaqları sınıb. Bəzi ərazilərdə elektrik enerjisinin verilməsi dayandırılıb. Yollarda nəqliyyat vasitələrinin hərəkətində qismən çətinliklər yaranıb.

Hazırda şiddətli küləklə müşahidə olunan hava şəraiti Gəncə şəhərində və ətraf rayonlarda davam edir. Külək səbəbindən ortaya çıxmış başqa fəsadlar aidiyyəti qurumların əməkdaşları tərəfindən araşdırılır.

Son xəbərlər

Orphus sistemi