Gəncədə 19 yaşlı qızın meyiti zibillikdən tapılıb, saxlanılan var

Gəncədə 19 yaşlı qızın meyiti zibillikdən tapılıb, saxlanılan var Gəncə şəhərinin Cavad Xan qəsəbəsində itkin düşən qadının meyiti tapılıb.
Hadisə
18 Mart , 2021 18:47
Gəncədə 19 yaşlı qızın meyiti zibillikdən tapılıb, saxlanılan var
0 : 00
0 : 00

Gəncə şəhərinin Cavad Xan qəsəbəsindəki zibillikdən qadın meyiti tapılıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, onun 2002-ci il təvəllüdlü Pərvin Musayeva olduğu müəyyənləşib.

Meyitin üzərində aparılan araşdırmalar nəticəsində gənc qızın boğularaq qətlə yetirildiyi məlum olub.

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində qətldə şübhəli bilinən şəxs, qızın tanışı olan, 2001-ci il təvəllüdlü Sərdar Cəfərov saxlanılıb.

Qeyd edək ki, P.Musayeva bir aydan çoxdur itkin düşmüş şəxs kimi axtarışda olub.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi