Gəncədə avtomobil qəzası olub, ölən və xəsarət alan var - YENİLƏNİB

Gəncədə avtomobil qəzası olub, ölən və xəsarət alan var - YENİLƏNİB Gəncə şəhərində 2 avtomobilin toqquşması səbəbindən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Hadisə
13 Noyabr , 2023 23:22
Gəncədə avtomobil qəzası olub, ölən və xəsarət alan var - YENİLƏNİB

Gəncə şəhərində 2 avtomobilin toqquşması nəticəsində xəsarət almış Ayaz Məmmədov yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

"Report"un Qərb bürosunun məlumatına görə, qəzada xəsarət almış digər şəxsin müalicəsi isə davam edir.

Bundan başqa, məlumata görə, eyni qəzadan daha 1 nəfər də xəstəxanaya müraciət edib. O, 1995-ci il təvəllüdlü T.Cəfərovdur.

Xatırladaq ki, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində 2 avtomobilin toqquşması nəticəsində qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

22:37

Gəncə şəhərində iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhər Üzeyir Hacıbəyli küçəsində "VAZ" və "Opel" markalı avtomobillərin toqquşması nəticəsində 1962-ci il təvəllüdlü Məhəd Qasımov və 1985-ci il təvəllüdlü Ayaz Məmmədov xəsarət alıblar.

Onlar xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyəti kafi və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi