Gəncədə arvadını öldürmək istəyən şəxsə hökm oxunub

Gəncədə arvadını öldürmək istəyən şəxsə hökm oxunub Gəncə Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməyə cəhd etməkdə ittiham olunan İlham Həsənovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb
Hadisə
6 May , 2021 16:51
Gəncədə arvadını öldürmək istəyən şəxsə hökm oxunub

Gəncə Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməyə cəhd etməkdə ittiham olunan İlham Həsənovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

“Report” xəbər verir ki, hakim Xəqani Səmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə İ.Həsənov 7 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, 2020-ci il avqustun 3-də İ.Həsənov Gəncə şəhərdə yerləşən Xalça Kombinatının yataqxanasında həyat yoldaşı, 1964-cü il təvəllüdlü Zərəfşan İbrahimovaya 3 bıçaq xəsarəti yetirib. Daha sonra qadın xəstəxanaya yerləşdirilib və dərhal əməliyyat olunduğundan həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən İ.Həsənovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd etmə) maddəsi ilə ittiham elan edilib.

Son xəbərlər

Orphus sistemi