Gəncədə evi tərk edən koronavirus xəstəsi saxlanılıb

Gəncədə evi tərk edən koronavirus xəstəsi saxlanılıb Gəncədə evi tərk edən koronavirus xəstəsi saxlanılıb.
Hadisə
13 Avqust , 2021 11:50
Gəncədə evi tərk edən koronavirus xəstəsi saxlanılıb

Gəncədə evi tərk edən koronavirus xəstəsi saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Report"a verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv olan şəhər sakininin evi tərk edərək şəhər ərazisinə şıxması aşkar edilib.

Bildirilib ki, xanım ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozub.

Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə həmin xanım yaşadığı evə göndərilib.

Faktla bağlı ŞBPİ-də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1. (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi