Gəncədə magistral yola dolmuş yağış suyu xüsusi nasoslarla çəkilib, hərəkət bərpa olunub - YENİLƏNİB

Gəncədə magistral yola dolmuş yağış suyu xüsusi nasoslarla çəkilib, hərəkət bərpa olunub - YENİLƏNİB Bakı-Qazax magistral yolunun Gəncə şəhərindən keçən hissəsində avtomobillərin hərəkətində çətinlik yaranıb.
Hadisə
29 İyul , 2024 12:15
Gəncədə magistral yola dolmuş yağış suyu xüsusi nasoslarla çəkilib, hərəkət bərpa olunub - YENİLƏNİB

Gəncədə magistral yola dolmuş yağış suyu xüsusi nasoslarla çəkilib, hərəkət bərpa olunub.

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncədə körpü altına dolmuş yağış sularının çəkilməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Su xüsusi nasoslarla tamamilə çəkilib və bir müddətdən sonra yolun istifadəsi tam bərpa olunub.

Qeyd edək ki, bir neçə gündür davam edən yağıntılar Gəncədə bir sıra fəsadlar törədib. Hətta avtomobil yollarından birində asfalt örtüyünün bir hissəsi dağılıb. Hazırda şəhər ərazisində qeyri-sabit hava şəraitinin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

08:35

Bakı-Qazax magistral yolunun Gəncə şəhərindən keçən hissəsində avtomobillərin hərəkətində çətinlik yaranıb.

"Report"un Qərb bürosunun məlumatına görə, buna magistral yolunun Gəncə şəhərinin Şərq çıxışında, körpünün altından keçən hissəsinə yağış sularının dolması səbəb olub, hətta nəqliyyat vasitələrindən biri suyun əhatəsində qalıb.

Sürücülər alternativ yoldan istifadə etməklə yollarına davam edirlər.

Qeyd edək ki, bölgədə günlərdir yağışlı hava şəraiti müşahidə olunur.

Son xəbərlər

Orphus sistemi