Gəncədə piyadanı avtomobil vuraraq öldürüb

Gəncədə piyadanı avtomobil vuraraq öldürüb Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə
2 Dekabr , 2023 21:15
Gəncədə piyadanı avtomobil vuraraq öldürüb

Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində, 41 nömrəli məktəbin yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan avtomobil piyada - 1966-cı il təvəllüdlü Həsənova Sədaqət Novruz qızını vurub. Nəticədə ağır xəsarətlər alan qadın ölüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi