Gəncədə avtomobilin vuraraq öldürdüyü piyadanın şəxsiyyəti məlum olub.
"Report"un Qərb bürosunun məlumatına görə, bu, 1948-ci il təvəllüdlü Musa Əzizovdur.
Hadisəni "KİA" markalı avtomobil törədib.
Faktla bağlı araşdırma aparılır.
5 noyabr saat 19:25
Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un Qərb bürosunun məlumatına görə, yolu qarşı tərəfə keçmək istəyən piyadanı avtomobil vurub.
Yol-nəqliyyat hadisəsi nəticəsində hələ ki kimliyi məlum olmayan piyada hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.