Polisə müraciət edən Gəncə şəhər sakini T.Əsilbəyova martın 18-də şəhər ərazisində bir nəfərin ona zor tətbiq edərək içərisində 205 manat pul, 2178 manat dəyərində mobil telefon və sənəd olan çantasını aldığını bildirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Report"a verilən məlumata förə, Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini E.Quliyev müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.