Gəncədə qanunsuz tikili sökülüb

Gəncədə qanunsuz tikili sökülüb Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətləri çərçivəsində respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Hadisə
6 Noyabr , 2024 09:42
Gəncədə qanunsuz tikili sökülüb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Gəncədə qanunsuz tikilini söküb.

Bu barədə “Report”a FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin Almaz Aşırov küçəsində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib:

"Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb".

Son xəbərlər

Orphus sistemi