Gəncədə qəza olub, velosipedçi xəsarət alıb

Gəncədə qəza olub, velosipedçi xəsarət alıb Gəncə şəhərində velosipedçinin vurulması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
4 İyul , 2024 20:54
Gəncədə qəza olub, velosipedçi xəsarət alıb

Gəncə şəhərində velosipedçinin vurulması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, avtomobil qarşısına çıxan velosipedçini vurduqdan sonra digər avtomobilə çırpılıb. Qəza nəticəsində velosipedçi, 2010-cu il təvəllüdlü E.Məmmədov xəsarət alıb.

Həmçinin avtomobillərə zərər dəyib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi