Gəncədə sürücülər arasında mübahisə olub, bıçaqlanan var

Gəncədə sürücülər arasında mübahisə olub, bıçaqlanan var Gəncə şəhərində bıçaqlanma hadisəsi olub.
Hadisə
16 Dekabr , 2023 18:14
Gəncədə sürücülər arasında mübahisə olub, bıçaqlanan var

Gəncə şəhərində bıçaqlanma hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə 20 Yanvar abidəsinin yaxınlığında qeydə alınıb.

Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Q.Fərmanlı mübahisə zəminində bir neçə bıçaq xəsarəti alıb.

O, xəstəxanaya çatdırılıb.

Hadisəyə iki sürücü arasında yol üstdə düşən mübahisə səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi