Gəncə şəhərində təcili tibbi yardım maşını qəzaya uğrayıb.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin Mirzə Abbas Abbaszadə küçəsində qeydə alınıb. Hərəkətdə olan təcili tibbi yardım maşını "Hyundai" markalı minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində 1 nəfər xəsarət alıb.
Qəzanın başvermə səbəbləri araşdırılır.