Gəncədə yol qəzası törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, hadisə noyabrın 11-də saat 19 radələrində qeydə alınıb.
Gəncə şəhəri ərazisində müəyyən edilməmiş avtomobillə velosipedlə yolu keçən Gəncə şəhər sakini K.Ramazanov vurulub və o, xəstəxanaya yerləşdirilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “VAZ-21214” markalı avtomobilin sürücüsü, Gəncə şəhər sakini E.Məmmədov müəyyən edilərək saxlanılıb.