Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları 2 fakt üzrə siqaretlərin qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.
Bu barədə “Report” DGK-ya istinadən xəbər verir.
Belə ki, İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstan istiqamətindən gələn "Mercedes-Benz" və DAF markalı yük avtomobilləri saxlanılıb.
Gömrük baxışı zamanı nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən 3 600 ədəd siqaret aşkarlanıb.
Hər iki faktla bağlı araşdırma aparılır.