Dövlət Gömrük Komitəsinin (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan həmin ölkə vətəndaşının idarə etdiyi "Volvo" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.
Bu barədə “Report” DGK-ya istinadən xəbər verir.
Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasında gömrük orqanlarına bəyan edilməyən 3 240 kapsul dərman vasitələri və avtomobilin kabinasının tavan hissəsindəki əşyaları qoymaq üçün nəzərdə tutulmuş yerdən 1 ədəd "İphone 11 Pro 64 GB" markalı mobil telefon aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.