Goranboyda minik avtomobili avtobusla toqquşub, xəsarət alanlar var

Goranboyda minik avtomobili avtobusla toqquşub, xəsarət alanlar var Goranboy-Naftalan avtomobil yolunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Hadisə
13 Fevral , 2022 21:17
Goranboyda minik avtomobili avtobusla toqquşub, xəsarət alanlar var

Goranboy-Naftalan avtomobil yolunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Report"un Qərb bürosunun məlumatına görə, avtomobil yolunun Goranboy rayon ərazisindən keçən hissəsində minik avtomobili avtobusla toqquşub. Qəza nəticəsində, minik avtomobilində olan, Naftalan şəhər sakini, 1978-ci il təvəllüdlü S.Verdiyev və avtomobildə olan digər şəxs xəsarət alıb.

Onlardan S.Verdiyev xəstəxanaya yerləşdirilib, digər şəxsə isə ambulator yardım göstərilib. Avtobusda tələbələrin olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi