Goranboyda dəm qazından kütləvi zəhərlənmə baş verib.
"Report"un məlumatına görə, Goranboy şəhərində kirayədə yaşayan 1995-ci il təvəllüdlü Pərviz Şirinov, 1989-cu il təvəllüdlü Təhməz İbrahimov və 1994-cü il təvəllüdlü Cahid Aktanov dəm qazından zəhərləniblər.
Zərərçəkənlər Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Onlardan T.İbrahimovun vəziyyəti kafi, digərlərinin vəziyyəti qənaətbəxş hesab olunur.
Faktla bağlı araşdırmalara başlanılıb.