Goranboyda avtomobil qəzasında ölənlərin sayı artıb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə zamanı xəsarət alanlardan Əliyeva Dilarə (1972) yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib. Bununla da qəzada ölənlərin sayı 3 nəfərə çatıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Goranboyda ağır yol qəzasında ölənlərin və xəsarət alanların kimliyi bəlli olub.
“Report”un Qərb bürosunun məlumatına görə, iki avtomobilin toqquşası zamanı 1969-cu il təvəllüdlü Aybəniz Tanrıverdiyeva və onun bacısı, 1964-cü il təvəllüdlü Vəzifə Tanrıverdiyeva ölüb.
Yol qəzasında 1982-ci il təvəllüdlü Əliyev Rəsul Eldar oğlu, 2013-cü il təvəllüdü Əlizadə Cəmilə Rəsul qızı, 1972-ci il təvəllüdlü Əliyeva Dilarə Eldar qızı, 1984-cü il təvəllüdü Orucov İkram İbarahim oğlu və 1990-cı il təvəllüdlü Əliyeva Sənəm Məmməd qızı xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qızılhacılı qəsəbə yolunda baş verib.
Qəza nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya aparılıblar. Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.