Goranboyda avtomobil maneəyə çırpılıb, xəsarət alanlar var

Goranboyda avtomobil maneəyə çırpılıb, xəsarət alanlar var Goranboy rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə
18 Avqust , 2024 09:11
Goranboyda avtomobil maneəyə çırpılıb, xəsarət alanlar var

Goranboy rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində "Mercedes" markalı avtomobil maneəyə çırpılıb.

Qəza nəticəsində 1965-ci il təvəllüdlü S.Mirsəddinova, 2000-ci il təvəllüdlü K.Məmmədova, 1980-ci il təvəllüdlü S.Yaqubova, 2006-cı il təvəllüdlü A.Cəfərov, həmçinin sürücü xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi