Goranboyda ər və arvad dəm qazından boğularaq ölüb

Goranboyda ər və arvad dəm qazından boğularaq ölüb Goranboyda iki nəfər dəm qazından boğularaq ölüb.
Hadisə
31 Oktyabr , 2024 20:10
Goranboyda ər və arvad dəm qazından boğularaq ölüb

Goranboyda iki nəfər dəm qazından boğularaq ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Nizami kəndində qeydə alınıb.

Kəlbəcər rayon sakinləri - 1958-ci il təvəllüdlü Əkbərov Kamal Qurbanlı oğlu və həyat yoldaşı, 1960-cı il təvəllüdlü Əkbərova Aidə Əli qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Hər iki şəxs hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi