Goranboy rayonunun Veyisli kəndində yanğın nəticəsində xəsarət alan 6 aylıq Ö.Məmmədovdur.
"Report"un Qərb bürosunun məlumatına görə, müxtəlif dərəcəli yanıq xəsarətləri alan körpə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb. Onun vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
18:19
Goranboy rayonunun Veyisli kəndində ümumi sahəsi 95 m² olan kürsülü, birmərtəbəli 2 otaqlı evin mətbəxinin yanar konstruksiyaları və içərisində olan ev əşyaları 20 m² sahədə yanıb.
Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.