Goranboyda gizli toy mərasimi keçirmək istəyən şəxslər cərimələnib

Goranboyda gizli toy mərasimi keçirmək istəyən şəxslər cərimələnib İştirakçılar barəsində qanunvericiliyə uyğun tədbir görülüb
Hadisə
5 Aprel , 2021 19:43
Goranboyda gizli toy mərasimi keçirmək istəyən şəxslər cərimələnib

Goranboy Rayon Polis Şöbəsinə rayonun Abbasqulular kəndi ərazisindəki fərdi yaşayış evlərinin birində toy mərasimi keçirilməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan "Report"a verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, iştirakçılar barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, 5 nəfər saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək cərimə edilib.

Son xəbərlər

Orphus sistemi