Goranboyda silah-sursat aşkarlanıb

Goranboyda silah-sursat aşkarlanıb Goranboy Rayon Polis Şöbəsinə Rayonun Goran çayı sahilində silah-sursat olması barədə məlumat daxil olub.
Hadisə
17 Noyabr , 2023 08:02
Goranboyda silah-sursat aşkarlanıb

Goranboy Rayon Polis Şöbəsinə Rayonun Goran çayı sahilində silah-sursat olması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Report”un Qərb bürosuna verilən məlumata görə, polis əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçirib.

Sözügedən əraziyə baxış keçirilən zaman oradan 4 ədəd BP5, 6 ədəd F-1 əl qumbaraları, 200 ədəd 7,62 mm-lik SVD patronları, 1 ədəd Kalaşnikov markalı avtomat, 5 ədəd avtomat darağı və 287 ədəd 7,62 mm-lik avtomat patronu aşkarlanıb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub, faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi