Goranboy rayonunda yol qəzası baş verib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Goran qəsəbəsinə yaxın ərazidə qeydə alınıb.
Məlumata görə, VAZ markalı iki avtomobilin toqquşması nəticəsində bir nəfər xəsarət alıb. Yaralı, 1963-cü il təvəllüdlü Məmmədova Fatma Məmməd qızı Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Digər yaralı, 1963-cü il təvəllüdlü Verdiyev Teyyub isə Gəncə şəhərində yerləşən özəl xəstəxanalardan birinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.