Göyçayda 4 avtomobil toqquşub, xəsarət alanlar var

Göyçayda 4 avtomobil toqquşub, xəsarət alanlar var Göyçay rayonunda 4 avtomobil toqquşub, xəsarət alanlar var.
Hadisə
29 Mart , 2023 18:36
Göyçayda 4 avtomobil toqquşub, xəsarət alanlar var

Göyçay rayonunda 4 avtomobil toqquşub, xəsarət alanlar var.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, Göyçay şəhərinin Heydər Əliyev prospektində "VAZ-2107" və "Mercedes" markalı minik avtomobilləri toqquşub.

Nəticədə zərbənin təsirindən hər iki avtomobil yol kənarında dayanmış "Hyundai" və "VAZ-2104" markalı avtomobillərə çırpılıb. Hadisə zamanı rayon sakini, 2002-ci il təvəllüdlü Bəkirov Anar Əlikram oğlu xəsarət alıb. Yaralılar Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Digər xəsarət alanların adları dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi