Göyçayda 4 avtomobil toqquşub, yaralılar var

Göyçayda 4 avtomobil toqquşub, yaralılar var Göyçay rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi olub.
Hadisə
12 Fevral , 2023 00:29
Göyçayda 4 avtomobil toqquşub, yaralılar var

Göyçay rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi olub.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə bu gün saat 23:00 radələrində Göyçay-Qarabaqqal-Bığır yolunun Hacalıkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İki "VAZ 21015", "VAZ 2106" və "Mercedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində yolda nəqliyyatın hərəkəti yarım saat ərzində dayanıb, böyük məsafədə tıxac yaranıb.

DYP əməkdaşları nəqliyyatın hərəkətini bərpa edib. Hadisə nəticəsində "VAZ 21015" markalı avtomobillərdən birinin sürücüsü 1984-cü il təvəllüdlü Alməmmədov Kamil Əziz oğlu və sərnişini 1968-ci il təvəllüdlü Xəlilova Ərzi İsrafil qızı xəsarət alıb. Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi