Göyçayda məclis təşkil edənlər cərimələndi

Göyçayda məclis təşkil edənlər cərimələndi Polis əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Hadisə
30 Dekabr , 2020 14:26
Göyçayda məclis təşkil edənlər cərimələndi

Polis əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinə şəhər sakini Qadir Mahmudovun oğlunun evlənməsi məqsədi ilə evində məclisi təşkil etməsi barədə məlumat daxil olub. Polis əməkdaşları dərhal həmin ünvana gəlib və karantin qaydalarının pozulması hallarını aşkar ediblər. Ev sahibi və məclisi təşkil edənlər Polis Şöbəsinə dəvət olunub.

Xüsusi karantin qaydalarını pozan 11 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülüb və onlar cərimə ediliblər.

Son xəbərlər

Orphus sistemi