Göygöldə avtomobil çaya aşıb, bir ailənin 4 üzvü xəsarət alıb

Göygöldə avtomobil çaya aşıb, bir ailənin 4 üzvü xəsarət alıb Göygöl rayonunun Çaylı-Pənahlı yolunda "VAZ-21015" markalı avtomobil idarəetmədən çıxaraq çaya aşıb, 4 nəfər xəsarət alıb.
Hadisə
28 İyun , 2023 19:24
Göygöldə avtomobil çaya aşıb, bir ailənin 4 üzvü xəsarət alıb

Göygöl rayonunun Çaylı-Pənahlılar yolunda "VAZ-21015" markalı avtomobil idarəetmədən çıxaraq çaya aşıb, 4 nəfər xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, qəza nəticəsində bir ailənin 4 üzvü - 1995-ci il təvəllüdlü V.İsmayılov, 2003-cü il təvəllüdlü A.İsmayılova və övladı, 1 yaşlı Ş.İsmayılov, habelə sürücünün anası A.İsmayılova xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi