Göygöldə avtomobil piyadanı vuraraq öldürüb 

Göygöldə avtomobil piyadanı vuraraq öldürüb  Göygöldə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə
15 Oktyabr , 2023 21:26
Göygöldə avtomobil piyadanı vuraraq öldürüb 

Göygöldə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayon ərazisində yerləşən şadlıq saraylarının birinin yaxınlığında qeydə alınıb.

Avtomobilin vurduğu 1998-ci il təvəllüdlü Elvin Ələsgərov aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Meyit tibbi ekspertizaya aparılıb. İlkin məlumata görə, həmin şəxs toy mərasimindən çıxan qonaqlardan biri olub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi